Haqqımızda

Haqqımızda

Class Təhsil Mərkəzi 2017-ci ilin sentyabr ayında özünəməxsus hədəf və ideallarla təhsil sahəsinə ilk addımlarını atan unikal təhsil evidir. Mərkəzin özünəməxsusluğu qarşısına qoyduğu prioritetlərdən irəli gəlir. Biz Class kollektivi olaraq təhsilə biznes sahəsi kimi deyil uğurlu gələcəyin sütunları kimi yanaşırıq. Məqsədimiz kurs şagirdlərinə yüksək standartlarda təhsil vermək, onların tədris problemləriylə qarşılaşmasının qarşısını almaq, innovasiyaları və yeni sistemləri tədris üsullarımıza tətbiq etməklə mərkəzimizdə təhsil alanları digər şagirdlərdən bir addım öndə etməkdir. Bu məqsədlərə nail olmaq üçün Class Təhsil Mərkəzi öz müəllim kollektivini 1000-ə yaxın vakansiyaya qatılan pedaqoqlar arasından ən yüksək pedaqoji keyfiyyətlərə malik olanları seçmişdir. Şagirdlərin dərsə davamiyyətini və təhsili mənimsəmə səviyyəsini valideynlərə çatdırmaq üçün vaxtaşırı məlumatlandırma sistemini qurmuş, tədris gedişatında şagirdlərin istirahət və nahar ehtiyacları üçün mərkəzdə yeməkxana və istirahət otağı ayırmış, aylıq ödənişsiz imtahanlarla şagirdləri motivasiya və sınaq şəraitinə cəlb etmişdir. Class Təhsil Mərkəzi digər kurslardan fərqli olaraq abituriyent, magistr, dövlət orqanlarında qulluğa qəbul, xarici dillər və xaricdə təhsil sahəsində ən yeni standartları tətbiq edir. Abituriyent və magistr hazırlığında hər tədris ili üçün limitli sayda - hər biri üzrə cəmi 100 nəfəri təhsil mərkəzinə tədrisə qəbul edir. Bu say senzurasının məqsədi hər şagirdimizin uğuru üçün maksimum çalışmağımız, onlara fərdi yanaşmağımızı təmin etməkdən ibarətdir.