Abituriyent hazırlığı

Abituriyent hazırlığı

Abituriyent hazırlığı Təhsil Mərkəzimizdə 2017-ci ildən etibarən başlıca təhsil sahəsi kimi seçilmiş, bu sahənin peşəkar tədrisi üçün minimum 5 il pedaqoji təcrübəsi olan, öz sahəsində uğurlu müəllimlər kursa cəlb edilmişdir. Müvafiq müəllimlərin seçilməsində DİM-in yeni kurikulum standartında qəbul proqramını mənimsəmələri və bu proqram əsasında tələbələrə yüksək səviyyəli təhsil verməsi bacarıqları nəzərə alınmışdır.
Dərslərarası fasilələrdə şagirdlər naharlarını yeməkxanamızda edir, istirahət ehtiyacı olduqda istirahət otağımızda quraşdırılan stolüstü oyunlarla (şahmat,dama, tennis və s.) və ya televiziyaya baxmaqla zehni fəaliyyətlərinə fasilə verirlər.
Şagirdlər ayda bir dəfədən az olmayaraq pulsuz sınaq imtahanına cəlb edilir. Sınaqlar aktual proqram əsasında hazırlanır.

Proqrama daxildir:
 9-10-cu və 11-ci siniflər üçün fərqli dərs proqramı,
 Əsas fənlər həftədə 3dəfə 180 dəqiqə,
 Əlavə fənlər 2dəfə 120 dəqiqə,
 Kurikulum proqramı üzrə ixtisaslaşmış peşəkar müəllim heyəti,
 Hər ayın sonu keçirilmiş dərs proqramına uyğun Mövzu sınaq imtahanları,
 Ümumi sınaq imtahanları,
 Şagirdlərin imtahan stresini və həyəcanını aradan qaldırmaq üçün peşəkar psixoloqlar tərəfindən keçirilən konsultasiyalar,
 Oxu zalı,
 Geniş kitabxana,
 İstirahət otaqları,
 Yeməkxana.
Dərslər siniflərə müvafiq olaraq 5-8 nəfərlik qruplar şəklində tədris olunur.
Dərslərin keyfiyyətinə, tədris prosesinə şahid olmaq üçün ödənişsiz 1aylıq nümunə dərsləri keçirilir.

Fənn adı Qrup dərsləri üçün aylıq ödəniş
Riyaziyyat 80 AZN
Azərbaycan dili 80 AZN
Kimya 80 AZN
Fizika 80 AZN
Biologiya 80 AZN
Tarix 80 AZN
Coğrafiya 80 AZN
Ədəbiyyat 80 AZN
Xarici dil 80 AZN
Paket 99 AZN