Xarici Dillər

Xarici Dillər

Xarici dil tədris kursların sayı ölkəmizdə kifayət qədər çoxdur. Class TM-ni digər təhsil mərkəzlərindən fərqli olan xüsusisiyyətləri də bir xeylidir.Belə ki, digər kurslardan fərqli olaraq dərs saatlarında verilən təhsili məhdudlaşdırmaqla tələbənin dil öyrənmə müddətini uzatmaq, hər hansı digər yolla qazanc əldə etmək üçün keyfiyyəti aşağı salmaq metodları təhsil mərkəzimizin fəaliyyət prinsiplərinə tamamilə ziddir. Biz Class kollektivi olaraq yüksək məvaciblə dil bilik və öyrətmə qabiliyyəti ən yüksək səviyyədə olan müəllimləri işə cəlb edirik. Müəllimlər hər dil səviyyəsini bacardıqca sürətli mənimsətməyə çalışır, tədris dövrünü gecikdirmir. Bu yolla mərkəzimizdə təhsil alan tələbələr ən sürətli yolla dil bilik səviyyəsi əldə edir. Birinci ayda tələbələr öz xarici dil səviyyəsindəki artımı hiss edir. Conversation Club-lar (Söhbət-danışıq klubları) hər həftə pulsuz təşkil olunmaqla şagirdlərin qrammatika biliklərindən savayı xarici dildə danışıq qabiliyyətinin intensiv artırılmasına kömək edir. Movie day (kino günləri) hər həftə keçirilir, həmin günlərdə izləyicilərin dil biliyi səviyyəsinə uyğun olaraq kino zalımızda filmlər göstərilir, müəllimlə birgə filmi izlənərkən pauzalar verilir, tələbələrin sualları cavablandırılır. Bu isə xarici dildə ifadələri eşitməklə birbaşa tərcümə qabiliyyətini artırır. Beləliklə Class TM-də xarici dil tədris edilən şəxslər ən yüksək standartlarda və şəraitdə intensiv olaraq xarici dil öyrənir, danışmağı, eşitdikcə sürətli tərcümə etməyi bacarır. Aylıq ödənişsiz sınaqlarla tələbələrin dil səviyyəsi yoxlanılır və onlara öz səviyyələrinə uyğun qruplarda təhsil almaq şəraiti yaradılır. Qruplar halında dərslər keçirilərkən qruplarda 3-5 nəfər tələbə olur. Qruplar səviyyələrə uyğun tərtib edilir. Təhsil mərkəzimizdə İngilis, Rus, Alman və Fransız dilləri tədris olunur. Bu dillər üçün aylıq ödənişlər aşağıdakı kimidir.

Xarici Dil Qrup dərsləri üçün aylıq qiymət Fərdi dərslər üçün aylıq qiymət
İngilis dili 69 AZN 119 AZN
Rus dili 59 AZN 99 AZN
Fransız dili 99 AZN 199 AZN
Alman dili 99 AZN 199 AZN